logo

Azərbaycan bu il 107 ölkədən 9 min 190 vətəndaşa iş icazəsi verib

13:13 16-11-2023 | icon 1232
Azərbaycan bu il 107 ölkədən 9 min 190 vətəndaşa iş icazəsi verib

“Cari ildə 107 ölkənin 9 min 190 vətəndaşına iş icazəsi verilib”.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

“İş icazəsi alanlar arasında Türkiyə üzrə bu rəqəm 5 min 207, Rusiya üzə 742, Hindistan üzrə 443, Birləşmiş Krallıq üzrə 394, Çin üzrə 307, Türkmənistan üzrə 234, Pakistan üzrə 211, Ukrayna üzrə 163, Filippin üzrə 149, Gürcüstan üzrə isə 129-dur".