logo

Sinoptiklərdən güclü külək, leysan, dolu və qar xəbərdarlığı

17:57 15-11-2023 | icon 1393
Sinoptiklərdən güclü külək, leysan, dolu və qar xəbərdarlığı

 

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı məlumat yayıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında gün ərzində cənub küləyinin 15-18 metr/saniyə, arabir 20-23 metr/saniyəyədək güclənəcəyi, 17-də isə şimal-qərb küləyinin 15-20 metr/saniyə, səhər arabir 23-28 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Noyabrın 17-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 17-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyinin arabir 15-20 metr/saniyə, 17-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.