Azərbaycan ildə Serbiyaya 400 milyon m3 qaz satacaq
Energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin hərtərəfli inkişafında Azərbaycan və Serbiya prezidentlərinin dostluq əlaqələrinin mühüm rolu vurğulanıb. Təbii qaz, elektrik enerjisi sahələrində geniş əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli əlaqələrin yeni müstəvidə inkişafı üçün enerji əməkdaşlığının müstəsna əhəmiyyət daşıdığı qeyd edilib və bu xüsusda, Azərbaycan və Serbiyanın təbii qaz sahəsində tərəfdaşlığa böyük önəm verdikləri ifadə olunub.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair Müqavilə” imzalanıb.
“Bu gün imzaladığımız strateji əhəmiyyətli sənədlərlə Azərbaycandan Serbiyaya ilk dəfə qaz tədarükü də daxil olmaqla qaz sahəsində çoxşaxəli əməkdaşlığın əsası qoyulur. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir. Bugünkü razılaşmalarımız qaz tədarükü ilə bağlı tərəfdaşlığımızın uzunmüddətli müqavilələrlə və Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlı olmasına da zəmin yaradır”, -deyə energetika naziri Pərviz Şahbazov bildirib.
Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç Azərbaycandan Serbiyaya təchiz ediləcək qazın həcmi ilə bağlı müqaviləni ikitərəfli iqtisadi əməkdaşlığın yeni mərhələsi adlandırıb: “Azərbaycan qazının yaxın müddətdə istismara verilməsi gözlənilən Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması sayəsində biz təchizat mənbələrimizin şaxələndirilməsini, o cümlədən Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi rolumuzun gücləndirilməsini nəzərdə tutan strateji hədəfimizə nail olacağıq. İmzalanmış müqavilədə növbəti il ərzində 400 milyon kubmetrə qədər qazın nəql olunması nəzərdə tutulub və qarşıdakı illərdə bu həcmin artacağını gözləyirik”.
SOCAR-ın prezidenti Rövşən Nəcəf isə qaz müqaviləsinin SOCAR və “Srbijagas” arasında əməkdaşlıqda yeni səhifə açacağını vurğulayıb. Serbiyanın enerji təhlükəsizliyinin, eləcə də iki ölkə və şirkətlər arasında əlaqələrin möhkəmləndirilməsində müqavilənin uğurla həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, Anlaşma Memorandumu qaz tədarükündən əlavə Serbiyaya LNG tədarükü, qaz anbarı sahələrində SOCAR-la əməkdaşlıq və şirkətin qaz ticarəti əməliyyatlarında, həmçinin qazla işləyən elektrik stansiyasının inşasında iştirak imkanlarının araşdırılmasını da nəzərdə tutur.
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir
Bakının mərkəzində bu gün su olmayacaq
Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 86,63 dollara satılır
Faktiki hava:Küləkli hava sabah axşamadək davam edəcək
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir