logo

Həftəsonu Bakı–Ağstafa–Bakı marşrutuna əlavə reyslər buraxılacaq

14:32 15-11-2023 | icon 784
Həftəsonu Bakı–Ağstafa–Bakı marşrutuna əlavə reyslər buraxılacaq

Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Ağstafa–Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq ilin axırınadək həftə sonlarına əlavə reyslər təyin edir.

ADY–dən YeniAvropa-ya bildirilib ki, noyabrın 17-dən etibarən hər həftənin cümə və şənbə günlərində 23:55-də Bakıdan yola düşən qatar 06:20-də Ağstafaya çatacaq. Hər həftənin şənbə və bazar günlərində 08:30-da Ağstafadan yola düşən qatar 14:55-də Bakıya çatacaq.

Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək.Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.