logo

“Azercell”in jurnalistlər üçün təşkil etdiyi növbəti ingilis dili kursları başa çatıb

17:14 13-11-2023 | icon 1141
“Azercell”in jurnalistlər üçün təşkil etdiyi növbəti ingilis dili kursları başa çatıb

Media nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına və ingilisdilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə keçirilən ödənişsiz ingilis dili kurslarına 22 jurnalist qatılıb.

YeniAvropa xəbər verir ki, “Azercell”in jurnalistlər üçün nəzərdə tutulmuş ingilis dili kurslarının 2023-cü il buraxılışını çap, onlayn və elektron mediada fəaliyyət göstərən 11 nəfər uğurla başa vurub. Ümumilikdə bu tədris ili üçün “Azercell”in ödənişsiz ingilis dili kurslarına 22 jurnalist qatılıb.Onlardan 11 nəfər kursları bitirməyə müvəffəq olub.

İştirakçıların ingilis dili bilikləri əsasında qurulmuş qruplarda dərslər ixtisaslaşmış müəllimlər tərəfindən həftədə 2 dəfə onlayn formatda keçirilib. 6 ay davam etmiş ingilis dili dərslərində media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə dərslər keçirilib.

file..01+01--01

Kursların bitməsi “Azercell”in baş ofisində təntənəli surətdə qeyd edilib. İngilis dili kurslarında iştirak etmiş media nümayəndələri sertifikatla təltif olunublar. İmtahanlarda ən yüksək nəticə göstərmiş 4 jurnalist isə “Azercell”dən xüsusi hədiyyə əldə edib.

Qeyd edək ki, jurnalistlərin peşəkar inkişafına yardım edən layihələr reallaşdıran “Azercell” 15 ilə yaxındır ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib.