logo

Azərbaycanın FIFA referisi yeni təyinat alıb

16:32 13-11-2023 | icon 1379
Azərbaycanın FIFA referisi yeni təyinat alıb

Azərbaycanın FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Şimali Makedoniya – Gürcüstan matçının baş hakimi olacaq. R. Cabarova Namik Hüseynov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş noyabrın 16-da keçiriləcək.