logo

Gənc gimnastlarımız dünya çempionatına yollanıblar

16:53 13-11-2023 | icon 1631
Gənc gimnastlarımız dünya çempionatına yollanıblar

Azərbaycanın gənc gimnastları noyabrın 16-da Böyük Britaniyanın Birmingem şəhərində start götürəcək batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iştirak edəcəklər.

Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, dörd gün davam edəcək yarışda Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova, Ayan Şabanova (hamısı batut gimnastikası) və Aleksey Karataşov (tamblinq) qüvvəsini sınayacaq.

Eyni tarixlərdə Birmingemdə batut gimnastikası və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışları da təşkil olunacaq. Həmin turnirdə isə yığmanın 13 üzvü mübarizə aparacaq.

Batut gimnastikasında Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Ömər Qasımlı, Fərhad Mustafayev, Samirə Hüseynova, Ayan Şabanova, tamblinq növündə isə Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev çıxış edəcək.