logo

Bakıda “Neftçi”-“Zenit”  yoldaşlıq matçı keçiriləcək

15:35 13-11-2023 | icon 1204
Bakıda “Neftçi”-“Zenit”  yoldaşlıq matçı keçiriləcək

“Neftçi” Bakıda Rusiyanın “Zenit” komandası ilə keçirəcəyi yoldaşlıq matçında həm Azərbaycanda olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı fanatlar arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlər görməyi planlaşdırır.

Klubdan YeniAvropa-ya verilən məlumata görə, qarşılaşmaya olan maraq nəzərə alınaraq, “Neftçi Arena”da Sankt-Peterburq təmsilçisinin tərəfdarları üçün xüsusi sektor ayrılacaq.

“Zenit” azarkeşləri bu sektora bilet əldə etmək üçün öz klublarının müvafiq qurumları ilə əlaqə yaratmalıdırlar.

Paytaxt təmsilçisinin azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə, həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaqlar.

Qeyd edək ki, noyabrın 18-də keçiriləcək oyun saat 21:00-da start götürəcək.