logo

“Kəpəz”ə yeni baş məşqçi təyin olunub

14:14 13-11-2023 | icon 1309
“Kəpəz”ə yeni baş məşqçi təyin olunub

“Kəpəz” komandasının yeni baş məşqçisi məlum olub.

Klubdan YeniAvropa-ya verilən məlumata görə, bu vəzifə Adil Şükürova tapşırılıb. 46 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, bu gündən vəzifəsinin icrasına başlayıb.

Mütəxəssis bu vəzifədə Azər Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Adil Şükürov futbolçu karyerasında da “Kəpəz”də çıxış edib. O, 1999/2000-ci illər mövsümündə "sarı-göylər"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.