logo

Sabah Bakıda arabir yağış yağacaq, 20° isti olacaq

14:41 11-11-2023 | icon 1015
Sabah Bakıda arabir yağış yağacaq, 20° isti olacaq

Azərbaycanda noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°- dək isti, gündüz 4-8° isti olacaq.