logo

Kuznetsov Badamdarda anbardan 18340 manatlıq avtomobil hissələri oğurladı

10:50 11-11-2023 | icon 973
Kuznetsov Badamdarda anbardan 18340 manatlıq avtomobil hissələri oğurladı

Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən bir anbardan 18340 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kuznetsov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.