logo

Qeyri-sabit hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək

15:55 10-11-2023 | icon 980
Qeyri-sabit hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 14:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 metr/saniyəyə çatır.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrdir.

Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur.

Qərb küləyi Zaqatala rayonun yüksək dağlıq ərazilərində saniyədə 34 metrədək güclənib. Küləyin sürəti Naftalanda 18, Şahdağda 17 metr/saniyədir.

Gəncə, Goranboy, Altıağac, Bərdə, Qobustan, Tərtər, Quba, Şabranda külək zəifləyib.

Zaqatala, Qax, Şəkidə arabir yağış, Şahdağda və Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə arabir qar yağıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.