logo

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib

12:12 10-11-2023 | icon 4725
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib

Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində “Ford” markalı avtomobil mişar daşı ilə dolu “KamAZ” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü Fuad Həsrətov və sərnişini Samir adlı şəxs ağır bədən xəsarətləri alıblar. Həmin şəxslər dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.