logo

UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Bayer"lə qarşılaşır

09:09 09-11-2023 | icon 1638
UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Bayer"lə qarşılaşır

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

YeniAvropa xəbər verir ki, Azərbaycan çempionu H qrupundakı dördüncü matçında Almaniyanın "Bayer" komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Kreyq Pouson idarə edəcək.

Hazırda Leverkuzen təmsilçisi 9 xalla qrup lideridir. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb. Qonaqlar Bakıda qalib gələcəyi halda, 1/8 finala vəsiqəni təmin edəcəklər.

Qrupun digər görüşündə isə “Hekken” İsveçdə Norveç “Molde”sini sınağa çəkəcək.

UEFA Avropa Liqası

H qrupu, IV tur

9 noyabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer" (Almaniya)

Baş hakim: Kreyq Pouson (İngiltərə)

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, "Bayer" və "Qarabağ" komandaları arasında Almaniyada keçirilmiş görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.