logo

Azərbaycan-İran sərhədində 5,1 ballıq zəlzələ olub

09:34 08-11-2023 | icon 2009
Azərbaycan-İran sərhədində 5,1 ballıq zəlzələ olub

Azərbaycanla İran sərhədində zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, saat 09:18-də baş verən 5.1 maqnitudalı zəlzələ Azərbaycanın Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Masallı, Astara, Saatlı, Beyləqan, Ağdam rayonlarında 5-3 bala qədər hiss olunub.