logo

“Qarabağ”–“Bayer” matçına 24 min bilet satılıb

21:32 06-11-2023 | icon 1743
“Qarabağ”–“Bayer” matçına 24 min bilet satılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Qarabağ” və Almaniya “Bayer”i arasında keçiriləcək oyuna bilet satışı davam edir. Klubdan YeniAvropa-ya verilən məlumata görə, artıq qarşılaşma üçün 24 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək "Qarabağ" - "Bayer" oyunu saat 21:45-də başlayacaq.