logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:01 06-11-2023 | icon 665
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 76 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 32 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 115,o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 41 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.