logo

İmişlidə gəlin maşını qəzaya uğradı:Bəyin qardaşı yaralandı

17:32 04-11-2023 | icon 4088
İmişlidə gəlin maşını qəzaya uğradı:Bəyin qardaşı yaralandı

İmişlidə yol qəzası baş verib. Gəlin maşını və digər avtomobilin toqquşması zamanı bəyin qardaşı və daha 2 nəfər xəsarət alıb.

YeniAvropa xəbər verir ki, hadisə günorta saatlarında İmişliyə giriş avtomobil yolunun Çahar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Chevrolet” markalı minik maşını və "Vaz-21011” markalı avtomobil toqquşub. Hadisə zamanı İmişli rayon sakinləri Muradov Fəyyaz Şükür oğlu, Behbalıyev Nurlan Faiq oğlu, Mənəfli Heydər Yaşar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mənəfli Heydər Yaşar oğlu bu gün toyu olan şəxsin qardaşıdır.