logo

Bakıda Gənc Sahibkarların IV Forumu keçiriləcək

15:55 04-11-2023 | icon 1848
Bakıda Gənc Sahibkarların IV Forumu keçiriləcək

Noyabrın 17-də Azərbaycan Respublikasının Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində Gənc Sahibkarların IV Forumu keçiriləcək.

Azərbaycan Respublikası Gənclər Fondundan  YeniAvropa-ya bildiriblər ki, tədbirin məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onları məlumatlandırmaqdır.

Tədbirdə dövlət rəsmiləri çıxış edəcək, panel müzakirə təşkil olunacaq. Forumda sahibkarlar, sahibkarlıq ekosisteminin fəal üzvləri, startapçılar, habelə bu sahəyə marağı olan gənclər iştirak edə bilərlər.

İştirakçı qismində foruma qatılmaq istəyən şəxslər noyabrın 10-dək linkdəki anket-formanı doldurmaqla qeydiyyatdan keçməlidirlər.