logo

Avropa Komissiyasının prezidenti Kiyevə gəlib

13:31 04-11-2023 | icon 2996
Avropa Komissiyasının prezidenti Kiyevə gəlib

Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Lyayen Kiyevə səfərə gəlib.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, bu gün onun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü nəzərdə tutulub.

Səfər Ukraynanın Avropaya inteqrasiya edilməsi yolunda uğuru haqqında AK hesabatının dərc edilməsi ərəfəsində (8 noyabr) həyata keçirilir. Gözlənilir ki, həmin hesabatda Avropa Komissiyası ölkənin Aİ-yə daxil olması barədə danışıqlara başlamağı tövsiyə edəcək.

Jeleznyakın qeyd etdiyi kimi, Ursula Fon der Lyayenin Ukrayna parlamenti qarşısında çıxış edəcəyi də gözlənilir.