logo

Avropa çempionatı: 5 cüdoçumuz mübarizəyə başlayır

11:11 03-11-2023 | icon 1995
Avropa çempionatı: 5 cüdoçumuz mübarizəyə başlayır

Fransanın Monpelye şəhərində böyüklər arasında keçirilən Avropa çempionatında bu gün Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq.

YeniAvropa xəbər verir ki, Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram), Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva öz güclərini sınayacaqlar.

Qadınlar arasında 48 kiloqramda Leyla Əliyeva - Lois Petit (Belçika), 52 kiloqramda Gültac Məmmədəliyeva - Coana Dioqo (Portuqaliya) / Sofiya Asvesta (Kipr Respublikası) görüşünün qalibi ilə tatamiyə çıxacaq.

Kişilərin mübarizəsində 60 kiloqramda Balabəy Ağayev - Andreya Karlino (İtaliya) / Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə, Turan Bayramov - Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar) / Mihrac Akkus (Türkiyə) görüşünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 5-i yekun vurulacaq. Yığma yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.