logo

Mərkəzi Bankın valyuta ehtiyatları 10,5 milyard dollara çatıb

16:34 01-11-2023 | icon 1883
Mərkəzi Bankın valyuta ehtiyatları 10,5 milyard dollara çatıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 ayda 16,8 faiz və ya 1,5 milyard ABŞ dolları artaraq 10,5 milyard ABŞ dollarına çatıb.

YeniAvropa xəbər verir ki, profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13,9 milyard ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99 faizində təklif tələbi üstələyib. Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1247,9 milyon ABŞ dolları təşkil etməklə alışyönümlü olub.