logo

Nazir 3 universitetimizin növbəti üç ildə "TOP 800"ə düşəcəyinə ümid edir

12:52 01-11-2023 | icon 6293
Nazir 3 universitetimizin növbəti üç ildə "TOP 800"ə düşəcəyinə ümid edir

Əvvəlki 10 illə müqayisədə ali təhsil müəssisələri indi daha yaxşı mövqedədirlər. Azərbaycan universitetlərinin "Top 500"də olması arzuolunandır.

YeniAvropa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən Təhsilin İnkişafı Forumunda deyib.

Nazir bildirib ki, bunun arxasında tədqiqatlar, özəl sektorla əməkdaşlıq dayanır: “Bu, birdən-birə olmur. Çünki 5 illik nəticələrə baxılır. Növbəti 3 ildə real olaraq ən azı 3 universitetin "TOP 800"ə düşəcəyini proqnozlaşdırırıq".

Emin Əmrullayev, həmçinin, dünyanın 30 min universitet arasında Azərbaycan universitetlərinin ilk minliyə düşməsini də böyük uğur adlandırıb.