logo

Dünya çempionatı: Azərbaycanın yığması Portuqaliyaya qarşı

11:33 01-11-2023 | icon 4319
Dünya çempionatı: Azərbaycanın yığması Portuqaliyaya qarşı

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki,  yığmamız 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı hər üç oyununu qələbə ilə başa vuraraq, pley-offa maksimum nəticə ilə vəsiqə əldə edib.