logo

Bakıda VII Beynəlxalq Bankçılıq Forumu keçirilir

10:50 01-11-2023 | icon 1666
Bakıda VII Beynəlxalq Bankçılıq Forumu keçirilir

Noyabrın 1-də  "Mariott Bulvar otel“də Mastercard”la əməkdaşlıq çərçivəsində Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıqdır” mövzusunda VII Beynəlxalq Bankçılıq Forumu (“IBF 2023”) öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilən ikigünlük forum etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq, imkanların azad olması: neobanklar və maliyyə ekosistemi, özünəxidmətin yeni sərhədi, maliyyə texnologiyaları və trendlər, ödənişlərin təkamülü: minimum təmasa doğru, əməliyyat səmərəliliyi üçün data və təhlil strategiyası, rəqəmsal maliyyə ekosistemində fırıldaqçılığın proaktiv formada qarşısının alınması imkanları, ESG bankçılığı, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionunda pul köçürmələri mövzularını əhatə edir.

Rəsmi açılışdan sonra forum öz işini panel müzakirələrlə davam etdirib.

Qeyd edək ki, “IBF 2023” Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr və tanınmış şirkətlərin rəhbər nümayəndələrini bir araya gətirir.