logo

“Bakcell” Əhmədlidə yeni mağaza açdı

16:46 31-10-2023 | icon 2331
“Bakcell” Əhmədlidə yeni mağaza açdı

Ölkənin ən böyük özəl mobil operatoru olan “Bakcell” yeni mağazasını abunəçilərin ixtiyarına verib. Bununla birlikdə şirkət öz texnoloji yeniliklərini hər kəs üçün daha da yaxın etmək imkanı yaradıb.

YeniAvropa xəbər verir ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən yeni mağazada modern atmosfer, müasir standartlara cavab verən elektron növbə sistemi ilə yanaşı, abunəçilərin “Bakcell”in məhsulları ilə yaxından tanış ola biləcəkləri elektron guşədə əməliyyatları sürətlə həyata keçirmək mümkün olacaq.

file..01+01--

Mağazada premium zəng xidməti olan “VoLTE”nin aktivləşdirilməsi, yeni nəsil sim texnologiyası – “eSim” satışı, tarif və sürətli internet paketlərinin aktivləşdirilməsi ilə yanaşı, 10 növdən çox xidmət təqdim olunur.

file..01+0-0

“Bakcell” olaraq hər zaman innovasiyanın və rəqəmsallaşmanın gücünə inanmışıq. Əhmədli filialımız bu gücü sizə daha yaxın etmək üçün bir vasitədir. Sərhədləri aşaraq innovativ yenilikləri sürətlə ölkənin hər nöqtəsinə çatdırmaq əsas hədəflərimizdən biridir”, - deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.

file..01+001

Ölkənin dörd bir yanında “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.