logo

Azərbaycan-Dünya Bankı əməkdaşlıq perspektivləri müzakirə olunub

12:52 31-10-2023 | icon 1197
Azərbaycan-Dünya Bankı əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üçün Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMB-dan YeniAvropa-ya bildirilib ki, görüş zamanı ölkəmizdə son iqtisadi inkişaf meyilləri və maliyyə sektorunun vəziyyəti müzakirə edilib. Görüşdə, həmçinin DB-nin Azərbaycandakı mövcud fəaliyyəti və əməkdaşlıq perspektivləri, DB-nin ölkə üzrə yeni Tərəfdaşlıq Çərçivəsinə daxil edilməsi üçün prioritet layihələr üzrə fikir mübadiləsi aparılıb.