“Unibank”ın biznes kredit portfeli artıb
Bu ilin yanvar-sentyabr ayları ərzində “Unibank”ın biznes kredit portfelində ciddi artım qeydə alınıb. İlin ilk doqquz ayı ərzində “Unibank” biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Bankın biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 16 faiz artaraq 323 milyon manata yaxın olub.
YeniAvropa xəbər verir ki, bankdan verilən məlumatda qeyd edilir ki, bu dövrdə bankı seçən biznes sahiblərinin sayı ümumilikdə 28 faiz artıb. Aktiv mikro, KOS və iri müştərilərin sayındakı artım isə ötən ilin üçüncü rübünün sonu ilə müqayisədə 36 faiz təşkil edib. Biznes müştərilərinin “Unibank”ı seçməsinin əsas səbəblərindən biri də bankda əksər məhsul və xidmətlərin rəqəmsal olaraq təqdim olunmasıdır. Hazırda bütün biznes kreditlərinin ayrılması ilə bağlı qərarların 60 faizi avtomatlaşdırılmış sistem vasitəsilə verilir.
Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarların hesablaşma kassa əməliyyatları üzrə 16,4 faiz artım qeydə alınıb. Sahibkar sayı 27,6 faizi ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı üzrə artım 18,8 faiz olub. 2022-cü ilin üçüncü rübü ilə müqayisədə bu ilin üçüncü rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 56,4 faizə çatıb.
Ümumilikdə isə korporativ müştərilər üzrə kredit satışında artım 29,58 faizdən çox olub. Hüquqi şəxs və fərdi sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 29,13 faizə çatıb.
Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 35 faiz artaraq 163 milyon manatı ötüb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı, sürətli kreditin verilməsi və digər üstünlüklər “Unibank”ı seçən mikro müştərilərinin sayının artmasına təkan verib.
“Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, üçüncü rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99 faizi planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir.
Bankın kredit məhsulları ilə yanaşı, depozit şərtlərinin sərfəli olması və sahibkarların banka yüksək etibarlılığı hüquqi şəxslərin depozit qoyuluşu ilə bağlı müraciətlərinin də artmasına təkan verib. Doqquz ay ərzində hüquqi şəxslərin depozitləri 27,4 milyon manata yaxın, yaxud 12,5 faiz artaraq 245 milyon 726 min manata çatıb.
Unibank- Sənin Bankın!
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq
ANAMA-nın 43 yaşlı əməkdaşı Şuşada minaya düşüb
Azər Quliyevin “Sanki yoxsan” filmi Kann festivalında
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan nefti 90,68 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb