logo

Dövlət satınalmaları üzrə 1031 müsabiqənin nəticəsi ləğv edilib

11:33 30-10-2023 | icon 826
Dövlət satınalmaları üzrə 1031 müsabiqənin nəticəsi ləğv edilib

Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət satınalmaları sahəsində keçirilmiş müsabiqələrin nəticələri barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 7258 yekun protokol təhlil olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli məlumat verib.

M.Abbasbəyli qeyd edib ki, qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyindən 1031 müsabiqənin nəticəsi ləğv olunub. Bu, ümumi təhlil edilən protokolların 14,2 faizini təşkil edir.