logo

“Qarabağ” Avroliqadakı qrup mərhələsi oyunlarını BOS-da keçirəcək

16:52 08-09-2018 | icon 3101
“Qarabağ” Avroliqadakı qrup mərhələsi oyunlarını BOS-da keçirəcək

Azərbaycanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyələşib.

YeniAvropa xəbər verir  ki, Qurban Qurbanovun yetirmələri ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəklər. Klubdan verilən məlumata görə, çoxsaylı istəklər nəzərə alınaraq, belə qərar verilib.

Qeyd edək ki, Avropa Liqasında E qrupunda yer alan “Qarabağ” İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi ilk ev oyununu oktyabrın 4-də “Arsenal”a qarşı keçirəcək.