logo

Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edildi, müavin sayı 3-ə endirildi

16:56 27-10-2023 | icon 5985
Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edildi, müavin sayı 3-ə endirildi

Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olunub.

YeniAvropa xəbər verir ki, bu, prezident İlham Əliyevin "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı bu gün imzaladığı fərmanında öz əksini tapıb.

Fərmanla səhiyyə nazirinin 3 müavini olacaq.

Fərmanla səhiyyə nazirinin vəzifələri də artırılıb.

Səhiyyə naziri Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verə, Elmi-Tibbi Şuranın, Farmakoloji və Farmakopeya Ekspert Şurasının və Apellyasiya Şurasının sədrlərini, Şura sədrlərinin təqdimatı (təklifi) əsasında onların digər üzvlərini, o cümlədən Apellyasiya Şurası Katibliyinin rəhbərini və tərkibini təsdiq edə biləcək.