Tbilisidə Azərbaycan Dövlət Dram Teatrının yeni binasının təməli qoyulub
Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədov oktyabrın 27-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birlikdə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması mərasimində iştirak edib.
YeniAvropa xəbər verir ki, təməlqoyma mərasimində çıxış edən baş nazir Əli Əsədov Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amilin tarixi köklərə söykənən mədəni əlaqələr olduğunu vurğulayıb. Bildirib ki, həm Azərbaycanda, həm də Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib. Azərbaycanın bir çox görkəmli xadimləri, böyük şəxsiyyətləri - Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski Gürcüstanda yaşayıb-yaratmış, əbədiyyətə qovuşmuşlar. Eynilə Gürcüstanın bir çox mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətləri Azərbaycanda fəaliyyət göstərmiş, ictimai və mədəni həyatımıza mühüm töhfələr vermişlər.
1872-ci ildə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının fəaliyyətə başlamasını ölkələrimiz arasında əsrlərə dayanan mədəni əlaqələrin daha bir göstəricisi olduğunu vurğulayan baş nazir deyib:
“Teatrın uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilib. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”.
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq
ANAMA-nın 43 yaşlı əməkdaşı Şuşada minaya düşüb
Azər Quliyevin “Sanki yoxsan” filmi Kann festivalında
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan nefti 90,68 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb