logo

Hacı Əliyev ilk dəfə hərbçilərin dünya çempionatında iştirak edəcək

14:14 27-10-2023 | icon 2086
Hacı Əliyev ilk dəfə hərbçilərin dünya çempionatında iştirak edəcək

Ölkəmizdə keçiriləcək hərbiçilər arasında güləş üzrə 36-cı dünya çempionatı bizim üçün çox yaxşı fürsətdir.

YeniAvropa xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev hərbçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.

Güləşçi həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandaların bu yarışda yaxşı nəticələr göstərəcəyinə əminliyini ifadə edərək bildirib: “Karyeramda ilk dəfə hərbçilərin dünya çempionatında iştirak edəcəyəm. Düşünürəm ki, qalib gəlsəm, mənim üçün unudulmaz uğur olacaq. Qalib ölkənin idmançıları kimi bu yarışda iştirak edəcəyik. Yaxşı hazırlıq keçmişik, inşallah, uğurlu nəticələrə imza atarıq”.