logo

Dönərdən zəhərlənən 24 şagirddən 20-si artıq evə buraxılıb

10:30 27-10-2023 | icon 6293
Dönərdən zəhərlənən 24 şagirddən 20-si artıq evə buraxılıb

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-in açıqlamasında bildirilib. Qeyd edilib ki, hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.

Xatırladaq ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin 24 şagirdi dönərdən zəhərlənib.

Onlarda müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilib. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub.

Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.

Baş vermiş hadisənin səbəbləri,bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.