Zəngəzur və Qarabağda 800-dən artıq faydalı qazıntı yatağı var
“Azərbaycanda dağ-mədən sektorunda fəaliyyət göstərən iri yerli şirkətlər fəaliyyət göstərir. Dağ-mədən sənayesinin yaradılması və onun fəaliyyətinin mənbəyində bilavasitə geoloji-kəşfiyyat fəaliyyəti dayanır”.
YeniAvropa xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev Beynəlxalq Geologiya Mədənçilik Forumunda deyib. O qeyd edib ki, fəaliyyətin əsas istiqamətlərini regional və yerli geoloji öyrənilmə, qara, əlvan və nəcib metalların, qeyri-filiz, yeraltı şirin və termal-mineral suların axtarış-kəşfiyyatı təşkil edir.
“Məqsədimiz ölkənin mineral-xammal bazasının zənginləşdirilməsi, onun iqtisadi qüdrətinin gücləndirilməsi və regionun aparıcı iqtisadi güc mərkəzlərindən biri kimi formalaşmasıdır.
Azərbaycan geoloji-tektonik mövqeyinə və mineral-xammalın formalaşma xüsusiyyətlərinə görə böyük potensiala malik ölkədir. Burada zəngin neft yataqları ilə yanaşı çoxsaylı dəmir, kobalt, xrom, alüminium, civə, manqan, mis, polimetallar, molibden, qızıl, mərgümüş, sürmə, qeyri-metal, yeraltı şirin və termal-mineral su və digər yataqlar kəşf edilib və ehtiyatları hesablanıb”, - deyə Ə.Əliyev bildirib.
Onun sözlərinə görə, sözügedən yataqların istismarında “AzerGold” QSC, “R.V.İnvestment, “Artvin Maden”, “Eti Bakır” və digər yerli və xarici şirkətlər çalışır.
“Hazırda ölkə miqyasında 900-dən artıq qeyri-filiz, 55 filiz, 113 şirin və termal-mineral su yataqları kəşf edilib, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul olunub.
Son araşdırmalara əsasən yalnız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində geniş spektrə malik 800-dən artıq təzahürlər müəyyənləşdirilib və onların perspektivliyi təsdiq edilib.
Beynəlxalq Geologiya və Dağ-mədən forumu ölkəmizdə bu sahənin inkişafında, beynəlxalq əməkdaşlığın qurulması və beynəlxalq təcrübənin qazanılmasında bir vəsilə olacaq”, - deyə o, vurğulayıb.
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
II Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq