Dönərdən zəhərlənmiş uşaqların 2-si evə buraxılıb, 21-nin müalicəsi davam etdirilir-TƏBİB
Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Bir uşaq ailəsinin iltizamnaməsi ilə, biri isə ambulator müalicə üçün artıq evə buraxılıb.
Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
“Uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir”, - deyə TƏBİB-dən bildirilib.
Xatırladaq ki, həmin məktəblilər paytaxtın Xəzər rayonunu ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisəsində hazırlanan dönərdən zəhərləniblər.