Azərbaycan ÜST Regional Qiymətləndirmə Qrupuna üzv seçilib
Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində Azərbaycan ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilib.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ÜST-nin Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzvlərin seçilməsi prosesi keçirilib. Seçki nəticəsində Azərbaycan ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilib. Regional Qiymətləndirmə Qrupuna üzv seçilməyimiz, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir qurumla sıx və səmərəli əməkdaşlığının uğurlu nəticəsidir. Ölkəmizin ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilməsi Azərbaycanın həmin təşkilatda qərarverici mövqeyini daha da möhkəmləndirir və gələcək fəaliyyət imkanlarını genişləndirir.
Regional Qiymətləndirmə Qrupu ÜST-nin fəaliyyətinin qiymətləndirməsi ilə bağlı töhfələrini verir. Qrup qiymətləndirmə fəaliyyətinin yaxşılaşdırılması, nəticələrə görə məsuliyyətin artırılması və təşkilatın araşdırma işinin təşviqi sahəsində ÜST-də mühüm rol oynayır. Belə ki, qrup qiymətləndirmə resurslarının istifadəsi zamanı əldə edilən nəticələrə görə, hesabatlılığı təmin etmək və təcrübələrin öyrənilməsini asanlaşdırmaq məqsədini də daşıyır. Bundan əlavə, Regional Qiymətləndirmə Qrupunun fəaliyyəti qərarların qəbuluna da təsir göstərir.
Qeyd edək ki, ÜST-nin Avropa Regional Komitəsinə regional direktor vəzifəsinə namizədlərin qiymətləndirilməsi, meyarların müəyyən edilməsi və qısa siyahıya salınması da bu qrup tərəfindən həyata keçirilir.
Xatırladaq ki, ölkəmizi sessiyada Azərbaycanın səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq