logo

“Azərbaycanfilm”lə “Tacikfilm” memorandum imzalayıb

14:14 24-10-2023 | icon 6188
“Azərbaycanfilm”lə “Tacikfilm” memorandum imzalayıb

Tacikistanın paytaxtı Düşənbə “Taci Somon” I Düşənbə Beynəlxalq Film Festivalı keçirilib. 25 ölkədən 75 filmin nümayiş olunduğu festivalda Azərbaycanı “Hasar” (rejissor Qulu Əsgərov) və “Sonuncu foto” (rejissor Türkan Hüseynova) filmləri təmsil edib.

YeniAvropa xəbər verir ki, festivalda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Emin Nəcəfov iştirak edib.

I Düşənbə Beynəlxalq Film Festivalı çərçivəsində “Tacikfilm” kinostudiyası ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb.

Memorandum beynəlxalq əməkdaşlığının inkişafına, müştərək kino layihələrinin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, peşəkarlığın artırılmasına və yaradıcı gənclərin dəstəklənməsinə, habelə kino günlərinin və tədbirlərin keçirilməsinə şərait yaradacaq.