logo

Şuşanın voleybol komandası avrokubokda mübarizəyə başlayır

11:33 24-10-2023 | icon 994
Şuşanın voleybol komandası avrokubokda mübarizəyə başlayır

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu avrokubokda mübarizəyə başlayır.

YeniAvropa Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, ölkəmizi Çağırış Kubokunda təmsil edən “Xarı Bülbül Şuşa” 1/32 final mərhələsində Slovakiyanın “TJ Spartak MYJAVA” komandası ilə üz-üzə gələcək. Tərəflərin qarşılıqlı razılığına əsasən hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 25-dəki oyunda təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək

Qeyd edək ki, hər iki qarşılaşma saat 18:00-da başlayacaq.

 

25.10.2023

18:00 “Xarı Bülbül Şuşa” - “TJ SPARTAK MYJAVA”

26.10.2023

18:00 “TJ SPARTAK MYJAVA”- “Xarı Bülbül Şuşa”

Ünvan: GİN-in Voleybol Mərkəzi

Voleybol Mərkəzinə Giriş sərbəstdir