logo

Qurban Qurbanov “Jean Borotra World Fair Play Career” mükafatını alıb

14:54 23-10-2023 | icon 889
Qurban Qurbanov “Jean Borotra World Fair Play Career” mükafatını alıb

Qarabağ”ın prezidenti Tahir Gözel komandanın baş məşqçisi Qurban Qurbanovu “Jean Borotra World Fair Play Career” mükafatını alması münasibətilə təbrik edib.

YeniAvropa xəbər verir ki,Tahir Gözel klubun rəsmi saytına açıqlamasında 51 yaşlı mütəxəssisin layiq olduğu mükafatı qazandığını bildirib.

Onun sözlərinə görə, artıq Q. Qurbanovun ədalət prinsipləri bütün dünyaya bəlli oldu: “Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi”.

Klub prezidenti “Qarabağ” və təcrübəli mütəxəssisin mənəvi baxışlarının üst-üstə düşdüyünü qeyd edib: “Bu, eyni zamanda “Qarabağ” klubunun da uğuru, töhfəsi, ruhudur. Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm “Qarabağ”ı əks etdirir, həm də “Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, “Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”.