logo

Azərbaycan sahibkarları İƏT Biznes Forumuna dəvət olunublar

11:11 23-10-2023 | icon 1141
Azərbaycan sahibkarları İƏT Biznes Forumuna dəvət olunublar

Noyabrın 8-də Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Daşkənd şəhərində "Kiçik və orta biznes – İƏT ölkələrində iqtisadi inkişafın və tərəqqinin drayveri" mövzusunda 5-ci İƏT Biznes Forumu keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-dan YeniAvropa-ya bildirilib ki, biznes forumda Özbəkistan hökuməti və İƏT rəsmilərinin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və İranın ticarət və sənaye palatalarının rəhbərlərinin çıxışları nəzərdə tutulub. Bununla yanaşı, biznes forum çərçivəsində sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.

Forumda iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.