logo

“Hyundai” Yaxın Şərqdə ilk zavodunu Səudiyyə Ərəbistanında tikir

09:56 23-10-2023 | icon 2184
“Hyundai” Yaxın Şərqdə ilk zavodunu Səudiyyə Ərəbistanında tikir

Avtomobil nəhəngi “Hyundai Motor” və Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) krallıqda avtomobil istehsalı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.

YeniAvropa xəbər verir ki, bu barədə Cənubi Koreya şirkəti öz saytında məlumat yayıb.

Ümumi sərmayənin 500 milyon dollardan çox olacağı təxmin edilir. Birgə müəssisənin səhmlərinin 30 faizinə Cənubi Koreya, 70 faizinə isə fond sahib olacaq. Qeyd edilir ki, zavodda avtomatlaşdırma səviyyəsi yüksək olacaq.

Tikintiyə 2024-cü ildə başlanması planlaşdırılır və ilk məhsullar 2026-cı ildə konveyerdən çıxacaq. Sahənin elektrik avtomobilləri də daxil olmaqla ildə 50 min avtomobil istehsal edəcəyi gözlənilir.

“Yonhap” agentliyinin məlumatına görə, bu, “Hyundai”nin Yaxın Şərqdəki ilk zavodu olacaq.