logo

Azərbaycanı Avropa Kubokunda 16 cüdoçu təmsil edəcək

13:33 19-10-2023 | icon 1267
Azərbaycanı Avropa Kubokunda 16 cüdoçu təmsil edəcək

Oktyabrın 21-də Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start veriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, iki gün davam edəcək turnirdə 22 ölkədən 314 idmançı qüvvəsini sınayacaq. Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunacaq.

Avropa Kubokunda yeniyetmələrdən ibarət yığmanın üzvləri - Bahadır Feyzullayev, Rüstəm Qasımzadə (hər ikisi 50 kiloqram), Telman Abdullayev, Nihad Məmişov (hamısı 55 kiloqram), Mirxaliq İskəndərov, Əhməd Rüstəmov (hər ikisi 60 kiloqram), Ümüd Qurbanov, Səid Şərifov, Səlim Sultanov (hamısı 66 kiloqram), Cəsur İbadlı, Əhməd Mehdiyev (hər ikisi 73 kiloqram), Mehdi Abbasov, Hüseyn Eyvazlı, Əli Qazıməmmədov (hamısı 81 kiloqram), Sübhan Axundov, Rəsul Səmədli (hər ikisi 90 kiloqram) mübarizə aparacaqlar.

Cüdoçulara baş məşqçi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.