logo

18 karateçimiz Macarıstana dünya çempionatına gedir

12:52 19-10-2023 | icon 2387
18 karateçimiz Macarıstana dünya çempionatına gedir

Karate üzrə Azərbaycan millisinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

YeniAvropa xəbər verir ki, nüfuzlu yarışda ölkəni ümumilikdə 18 idmançı təmsil edəcək. Kumite yarışlarında Əminağa Quliyev (60 kiloqram), Tural Ağalarzadə (67 kiloqram), Fərid Ağayev (75 kiloqram), Turqut Həsənov (84 kiloqram), Asiman Qurbanlı (+84 kiloqram), Fidan Teymurova (50 kiloqram), Mədinə Sadıqova (55 kiloqram), Renata Ərəbli (61 kiloqram) və İrina Zaretska (68 kiloqram) qüvvəsini sınayacaq.

Kişilərin komanda yarışlarında Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hər ikisi 67 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) də yığmaya qoşulacaq. Qadın karateçilərin mübarizəsində isə fərdi yarışlarda qüvvəsini sınayacaq təmsilçilər döyüşəcəklər.

Katada Roman Heydərov bacarığını nümayiş etdirəcək.

Parakaratedə məşqçilər heyəti Nihat Məmmədzadə, Eldar Əhmədov, Emiliya Mitlinova, Vidadi Xalıqov və Ariana Mitlinovaya güvənəcək.

Qeyd edək ki, karate üzrə dünya çempionatı oktyabrın 24-dən 29-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.