logo

Azərbaycan 9 ayda 20 milyard m3-dən çox qaz ixrac edib

11:55 19-10-2023 | icon 1498
Azərbaycan 9 ayda 20 milyard m3-dən çox qaz ixrac edib

Yanvar-sentyabr aylarında ölkədən 20 milyard 420,5 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 11 milyard 409,5 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 16 milyard 552,7 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 12 milyard 102,5 milyon dollar olub.