logo

Şabranda balıqçı dənizdə boğulub

18:18 17-10-2023 | icon 3857
Şabranda balıqçı dənizdə boğulub

Şabranda iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

YeniAvropa xəbər verir ki, onlardan biri xilas ola bilsə də Şabran şəhər sakini 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.