logo

EURO-2024: Azərbaycan millisi bu gün Avstriya ilə qarşılaşacaq

09:54 16-10-2023 | icon 1638
EURO-2024: Azərbaycan millisi bu gün Avstriya ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan milli komandası "EURO-2024"ün seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

YeniAvropa xəbər verir ki, yığma Bakıda Avstriya seçməsini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Avstriya yığması bugünkü oyunda qalib gəlsə, gələn il Almaniyada keçiriləcək qitə çempionatında iştirak hüququ qazanacaq.

F qrupunun digər qarşılaşmasında Belçika yığması evdə İsveçlə üz-üzə gələcək. “Qırmızı şeytanlar” artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər.

EURO-2024, seçmə mərhələ

VIII tur

16 oktyabr

20:00. Azərbaycan - Avstriya

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Xal durumu: Belçika – 16 (6 oyun), Avstriya – 13 (6), İsveç – 6 (5), Azərbaycan – 4 (5), Estoniya – 1 (6)