logo

Atıcımız Avropa Kubokunda bürünc medal qazanıb

15:35 15-10-2023 | icon 1099
Atıcımız Avropa Kubokunda bürünc medal qazanıb

Azərbaycan atıcısı Ruslan Lunyov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Lapua Avropa Kubokunda bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, o, 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışında üçüncü yeri tutub.

Qeyd edək ki, oktyabrın 9-15-də keçirilən yarış Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və qitənin qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır.