logo

Boksçularımız Avropa Kubokunu 5 medalla başa vurub

14:14 15-10-2023 | icon 1078
Boksçularımız Avropa Kubokunu 5 medalla başa vurub

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa Kubokuna yekun vurulub.

YeniAvropa xəbər verir ki, Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.

63,5 kiloqram çəkidə çıxış edən Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan Azərbaycan təmsilçisi sonadək mübarizə aparsa da yekunda rəqib qalib gəlib. Nəticədə M.Həsənov öz çəkisində ikinci yeri tutub.

Ondan öncə Tural Sarıyev (48 kiloqram), Tayfur Əliyev (60 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Mirşərif Kazımzadə (75 kiloqram) bürünc medala yiyələnib.