logo

Avropa Kuboku: 1 boksçumuz finala çıxıb, 4-ü bürünc medal qazanıb

09:58 14-10-2023 | icon 1106
Avropa Kuboku: 1 boksçumuz finala çıxıb, 4-ü bürünc medal qazanıb

Monteneqronun Budva şəhərində boks üzrə Avropa Kubokunda yarımfinal mərhələsi başa çatıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan millisinin bir üzvü finala yüksəlib.

63,5 kiloqram çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov həlledici görüşdə qüvvəsini sınayacaq. Boksçu çempionluq üçün Rusiyanı təmsil edən Qabil Məmmədovla mübarizə aparacaq.

Azərbaycanın digər boksçularından Tural Sarıyev (48 kiloqram) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kiloqram) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kiloqram) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kiloqram) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb. Bu görüşlərdə rəqiblər mərhələ adladığından Azərbaycan təmsilçilərinin dördü də yarışı bürünc medalla başa vurub.